Arif Hacılı ilə İqbal Ağazadə canlı yayımda söyüşdülər: “Səviyyəsiz…” – VİDEO
Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında söyüşlərlə müşayət olunan qarşıdurma yaşanıb.Avropa.info xəbər verir ki, onlar meydan tv-nin efirində 2003-cü ilin 15-16 oktyabr hadisələrini müzakirə edərkən üz-üzə gəliblər.
İqbal Ağazadə 2003-cü il məğlubiyyətinin başlaca günahkarının Müsavatın o vaxtkı başqanı və prezidentliyə namizədi İsa Qəmbərdə olduğunu deyib.
“15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq fikirimiz yox idi. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar. İsa Qəmbər nəinki bunu etmədi, hətta Azadlıq meydanına toplaşan insanları da tək buraxıb qaçdı”.
Arif Hacılının söhbətə müdaxiləsindən sonra, partia sədrləri arasında qarşılıqlı ittihamlar başlayıb. Onlar bir-birinə səviyyəsiz deyiblər. Hacılı İqbal Ağazadəni müxalifəti satmaqda, ANS-in efirinə çıxmaqda ittiham edib. Bu sözlərdən qəzəblənən Ağazadə Hacılını yalançı və tərbiyyəsiz adlandırıb.
“Sən mikrafon gətirmək adı ilə Azadlıq meydanından qaçdın. İstəyirsən, hər şeyi açım? Otağından hansı qadınların alt paltarında pulları qaçırdığını deyim” – İqbal Ağazadə Arif Hacılıya sual edib.
Arif Hacılı isə cavab olaraq İqbal Ağazadənin müxtəlif dairələrə işlədiyini, həmin vaxt bir çox məsələnin ondan gizli saxlandığını bildirərək, Ümid partiyası sədrini satqınlıqda ittiham edib. Qarşıdurmadan sonra Arif Hacılı efiri tərk edib.