Siyasət

Azay Quliyev Berlinə gedir

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyabr 2018-ci ildə Berlində Aşağı Saksoniya əyalətinin Federal Hökumət nümayəndəliyinin təşkilatçılığı ilə “Almanya-Azərbaycan münasibətləri: ümumi tarix və gələcək prespektivlər” adlı konfransda iştirak edəcək.

Aktor.Az xəbər verir ki, Azay Quliyev konfransın “Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik kontekstində Almanya-Azərbaycan münasibətləri” adlı panelində məruzəylə çıxış edəcək.

Məlumat üçün bildiririk ki, konfransda Almanya Bundestaqının yüksək vəzifəli şəxsləri və üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, Cənubi Qafqaz üzrə ekspertlər və digər rəsmi şəxslər iştirak edəcək.