Yol polisinin oğlunun öldüyü qəzadan – VİDEO (18+)
Ötən gün Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsisi ilə bağlı yeni görüntü yayılıb. BAKU.WS-in məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. Kadrlarda bir nəfərin ağır yaralandığı və ətrafdakı insanların ilkin tibbi yardım göstərdiyi əks olunur.
Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.