GündəmManşet

Respublika Veteranlar Təşkilatı Dillər Universitetində tədbir keçirib

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində növbəti tədbirini Xarici Dillər Universitetində keçirmişdir. Aktor.Az xəbər verir ki, tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir.

Tədbiri giriş sözü ilə Universitetin təlim tərbiyə üzrə prorektor Sərraf Hüseynov açmışdır. O gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən və bu istiqamətdə Universitetin fəaliyyəti haqda məlumat vermişdir.

Lahiyə rəhbərinin köməkçisi Şəhla Qarayeva lahiyə barəsində eləcə də, keçirilən tədbirlər məlumat vermişdir.

Çıxış edən polkovnik Adil Haqverdiyev gəncləri vətənpərvər olmağa, onları Azərbaycanın adına layiq insanlar kimi yetişməyə çağırmışdır. O, həmçinin bu işdə vereranların və Respublika Veteranlar Təşkilatının üzərinə düşən vəzifələrdən danışmışdır.

Tədbirdə Respublika Veteranlar Təşkilatının digər əməkdaşları, muəllim və tələbələr çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər.

Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkdirildi.