ManşetTəhsil

Böyük Britaniyanın Creative Spark Layihəsi üzrə nümayəndəsi AzMİU-da

British Council tərəfindən təşəbbüs göstərilən Creative Spark proqramı çərçivəsində Böyük Britaniyadan olan mütəxəssis Viren Lall bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Böyük Britaniyada yerləşən Change School-un direktoru olan Viren Lall 3 günlük səfər çərçivəsində AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttərova ilə layihə üzərində aktiv işləyib, universitetin Creative Spark layihəsində uğurlu iştirakı üçün lazımi məsləhətlərini verib.

Qonaq sonra universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüş zamanı Böyük Britaniya universitetləri ilə AzMİU arasında mövcud və potensial əməkdaşlıqlar müzakirə olunub. Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin Böyük Britaniya universitetiləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə lazımi tədbirləri nəzərə aldığını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Creative Spark proqramı Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada 7 ölkədə həyata keçiriləcəkdir. Proqramın məqsədi regionda təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların bu yöndə ideyalarını dəstəkləməkdir. Proqram çərçivəsi daxilində 10000-dən artıq tələbəyə dəstək göstərilməsi və regionda işsizlik səviyyəsinin aşağı salınmasına töhvə verilməsi nəzərdə tutulub.