“Lifttəmir”in keçmiş rəhbərinin qızından,“Prezident də olsa, önündə əyilməyin”, – reaksiyası – VİDEO
“Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun bloger qızı Aysel Şükürova atasının işdən çıxarılmasına reaksiya verib.BakuPost xəbər verir ki, o, “İnstagram”da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək vəzifə, məqamla bağlı çıxışını paylaşıb. Sözügedən videoda Ərdoğan “Qula qul olmayın, istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları… Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır” deyə bildirir.
Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib. Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına bahalı toy keçirməklə gündəmə gəlmişdi.