ÇL: “Real” Moskvada məğlub oldu – VİDEO
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə daha 6 görüş keçirilib.
Aktor.az xəbər verir ki, qarşılaşmalardan yarısı məhsuldarlığı ilə diqqət çəkib. Portuqaliya “Benfika”sı Yunanıstanda AEK-ə 3:2, “Roma” İtaliyada Çexiya “Viktoriya”sına 5:0 hesabı ilə qalib gəlib. “Lion” isə Fransada Ukrayna “Şaxtyor”una məğlubiyyətdən qurtulub – 2:2. “Bavariya” Almaniyada Hollandiya “Ayaks”ı ilə 1:1, “Mançester Yunayted” İngiltərədə İspaniya “Valensiya”sı ilə 0:0 hesablı heç-heçə edib.
Gecənin sensasiyası isə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. MOİK Çempionlar Liqasının son 3 mövsümdəki qalibi İspaniya “Real Madrid”ini məğlubiyyətə uğradıb.
Qeyd edək ki, daha əvvəl “Yuventus” İtaliyada İsveçrə “Yanq Boyz”unu 3:0 hesabı ilə darmadağın edib. İngiltərənin “Mançester Siti” komandası isə Almaniyada “Hoffenhaym”a qalib gəlib – 2:1.