Kiyevdə azərbaycanlı həmyerlisinin boğazını kəsdi
Ukraynanın paytaxtı Kiyev şəhərinin “Bessarabiskiy” bazarı qarşısında azərbaycanlı həmyerlisinin boğazını kəsib.”Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Hüseynov Şirzad digər Azərbaycan vətəndaşı 1982-ci il təvəllüdlü Abdullayev Rəşadı bıçaqalayaraq ağır yaralayıb. Belə ki, Ş.Hüseynov R.Abdulalyevin boğazını dərindən kəsib.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Kiyev şəhər Şevçenkovskiy rayon polisi Ş. Hüseynovu saxlayıb.