GündəmManşetSiyasət

Azay Quliyevdən QHT-lərlə bağlı mühüm təklif – PARLAMENTDƏ

Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu “Peşə birlikləri haqqında” və “Sosial sifariş haqqında” qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib.

Aktor.Az millət vəkilinin fikirlərini təqdim edir:

“Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Milli Məclisin spikeri Oktay Əsədov təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib.