Şirvanda gənclərlə görüş təşkil edib – FOTO
Sentyabr ayının 27-si “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir keçirib.
Aktor.Az xəbər verir ki, tədbirdə İctimai Birliyinin rəhbərliyi, Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəliyi, ziyalılar, QHT təmsilçiləri, media nümayəndələri, kollec tələbələri, yeniyetmə və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, eyni zamanda layihə rəhbəri olan Mehriban Abdullayeva açaraq qonaqları salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.
Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində kollec tələbələrinə, yeniyetmə və gənclərə informasiyalar verilibdir.
Qeyd edək ki Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi“İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi iləhəyata keçirir.