DiasporGündəmManşetSiyasətVideo xəbər

“Diaspor TV” fəaliyyətə başladı – VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin ixtisaslaşmış “Diaspor TV” internet televiziyası artıq fəaliyyətə başlayıb.

Aktor.Az xəbər verir ki, “Azərbaycan dilində danışan xaricilər” rubrikasının ilk qonağı nəsimişünas, Nəsiminin yaradıcılığına dair kitabların müəllifi, almaniyalı alim Maykl Hess olub.

Tanınmış teleaparıcı, Komitənin mətbuat katibi Vəsilə Vahidqızının suallarını cavablandıran Hess araşdırmalarının texnologiyası, azərbaycan dilini mənimsəməsi, tarixi və ədəbi hadisələrdən bəhs edib.

Qeyd edək ki, Maykl Hess tək Nəsimi deyil, digər ədiblərimizin də həyat və yaradıcılığını yaxından araşdırır. Eyni zamanda Qarabağ münaqişəsi də alman alimin diqqət göstərdiyi mövzulardandır.

Xatırladaq ki, Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatından sonra bir çox yeniliklərə, o cümlədən də televiziya verilişlərinin, sənədli filmlərin çəkilişinə start verilib.Bu günlərdə İctimai Televiziyada efirə gedən “Vətən uzaqda deyil” diaspor proqramı bu qəbildəndir.