Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdirinin müavini vəzifəsinə təyin olunub.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsi Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra boş qaldığı üçün H.Hacıyev faktiki olaraq şöbə müdirinin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.