AvtoKriminal

Ağsuda ağır qəza – Ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Ağsu-Bico-Göylər avtomobil yolunun Daşdəmirbəyli kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.”VAZ-2101” markalı avtomobillə “Toyota” toqquşub. Nəticədə “VAZ-2101”də olan
Cəlayir kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Əlfağa Qardaşəli oğlu hadisə yerinə dünyasını dəyişib.
Qəza nəticəsində beş nəfər yaralanıb. Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaralılardan üçünün vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.