İqtisadiyyatMedia

İTV və AzərTac-dakı yoxlamalar müzakirə olundu

Bu gün Hesablama Palatasının geniş tərkibdə Kollegiya iclası keçirilib.Kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Dövlət  büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair,eyni zamanda İctimai  Televiziya və  Radio  Yayımları  Şirkətinə  dövlət büdcəsindən ayrılan  və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.