Gənclər fonduGündəmManşetSiyasət

Gənclər Fondunun region gənclər təşkilatları ilə toplantısı keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 7-8 sentyabr tarixlərində Mingəçevir şəhərində Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovun və Fondun Müşahidə Şurasının üzvlərinin iştirakı ilə Azərbaycanın regionlarında fəaliyyət göstərən gənclər təşkilatlarının toplantısı keçirildi.

#BİRLİKDƏ şüarı altında keçirilən görüş çərçivəsində Gənclər Fondunun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun XI Qrant müsabiqəsi barədə ətraflı məlumat verildi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Fondun Nizamnaməsi çərçivəsində Fondun fəaliyyət istiqamətləri və vəzifələr təqdim olundu. Daha sonra, gənclər təşkilatları ilə onların regionlarda fəaliyyətləri, qarşılaşdığı problemlər və onların həll yolları təhlil edildi və təkliflər formalaşdırıldı.

Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və effektiv kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olundu.

Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla ilə görüş çərçivəsində gənclər təşkilatlarının fikirləri və təklifləri dinlənildi, mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verildi.

Xatırladaq ki, fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir olan Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini  təqdim etməyə dəvət edir. Layihə təklifləri 23 sentyabr 2018-ci il tarixinədək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunur.