Gündəm

Metropoliten əməkdaşı dünyasını dəyişdi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı dünyasını dəyişib.Qurumun mətbuat xidmətinin əməkdaşı Yusif Yusifzadə vəfat edib.

Y.Yusifzadə uzun illər Bakı Metropolitenində çalışıb. Son illərdə isə o qurumun mətbuat xidmətinin əməkdaşı, tərcüməçi kimi fəaliyyətini davam etdirib.

Məlumata görə, son vaxtlar xəstəlikdən əziyyət çəkən Y.Yusifzadə bu gün səhər saatlarında 81 yaşında evində dünyasını dəyişib.

Allah rəhmət eləsin!