Əflatun Amaşov APA-nın əməkdaşlarına səsləndi: “Ruhdan düşməyin”
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA Holdinqin fəaliyyətini tamamilə dayandırmasına münasibətini Facebook səhifəsindən bildirib.
Aktor.az həmin statusu təqdim edir:
“APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram. Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”.
Qeyd edək ki, bu gün Vüsalə Mahirqızı sosial şəbəkədəki hesabında “APA Holding” MMC-nin fəaliyyətini tamamilə dayandırıldığını bildirmişdi.