ƏdəbiyyatManşetMədəniyyət

Bəxtiyar Vahabzadənin muzeyinin açılışı olacaq

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncamına əsasən, Şəkidə Ə.Haqverdiyev küçəsi, 73 ünvanında ədibin ev-muzeyi yaradılıb.
Muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat yer alıb.