“Samur” gömrük postu gücləndirilmiş iş rejiminə keçib
Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır. Aktor.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarınınölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki,Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.
Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.