“İndi Başla-Tələbənin Yayı” layihəsi baş tutub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13-17 avqust 2018 – ci il tarixlərində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “İndi Başla – Tələbənin Yayı” adlı layihəsi baş tutmuşdur.
Gənclər Fondundan Aktor.Az-a daxil olan məlumata görə, layihədə cari ildə məzun olmuş, qəbul imtahanlarında yüksək bal toplamış 50 abituriyent iştirak etmişdir.
Layihə müddətində iştirakçılar komandalara bölünmüş, müxtəlif təlimlərdə, seminarlarda, idman yarışlarında iştirak etmişdir. Layihə çərçivəsində eyni zamanda Daşkəsən rayonu üzrə cari ildə 9-cu sinfi əla qiymətlərlə bitirmiş gənclərlə görüş keçirilmişdir. Həyata keçirilən təlimlər, könüllülük, vaxtın idarə olunması, komanda işi, ictimai fəaliyyət, xaricdə təhsil, əmək bazarı və s. mövzuları əhatə etmişdir.
Qeyd edək ki, layihənin davamlı olaraq eyni formatda həyata keçirilməsi nəzərdə tutulur