DünyaGündəmSiyasət

Çeçenistanda polis bölməsinə hücum: yaralılar var

Çeçenistanın Şali rayonunda iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib.Hadisə bu gün yerli vaxtla saat 10 radələrində baş verib. Naməlum şəxslər bıçaqla bölməyə gələrək iki polis əməkdaşına xəsarət yetiriblər.

Onlar cavab atəşi ilə məhv edilib.

Hazırda ərazidə operativ qrup çalışır.