GündəmİdmanManşet

Məmmədyarov qələbə ilə başladı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb. Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.

Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.