Respublika Veteranlar Təşkilatı yeni layihə həyata keçirir
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində ( avqust- oktyabr) Bakı şəhərində həyata keçirilməyi nəzərdə tutulur.
Təşkilatdan Aktor.Az-a verilən məlumata görə, layihə Qarabağ müharibəsində və Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş oğullarımız, hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir.
Layihə müddətində yeniyetmə və gənclərlə, universitet tələbələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı vətən sevgisi, vətən uğrunda canında keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və döyüş yollları barəsində müzakirələr aparılacaq, Qarabağ və Aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq.
Layihənin əsas mahiyyəti Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.
Layihəni həyata keçirməklə müasir gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaq, eyni zamanda yeniyetmə və gənclər arasında heç bir tərəddüd etmədən vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın vətənpərvərlik hissləri və vətən sevgiləri təbliğ olunacaq.