Fəxriyyə MəmmədovaGündəmManşetSağlıq

Vegetativ sinir sistemi xəstəlikləri hansılardır? – Həkim məsləhəti / VİDEO

Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas – heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür. 1) somatik (lat. soma – bədən deməkdir) ya animal (heyvani) və 2) vegetativ ya bitki sinir sistemi.

Somatik sinir sistemi eninəzolaqlı skelet əzələlərini və bir qisim daxili üzvlərin (dil, damaq, udlaq və qida borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsilə insan orqanizmini xarici mühitlə rabitədə saxlayır.

Vegetativ sinir sistemi daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət aparatlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda sklet əzələlərini də təchiz edir, onların tonusunu nizama salır; bütün üzvlərin qidalanmasını təmin edir (trofik vəzifə daşıyır). Vegetativ sinir sistemi də iki hissəyə bölünür: simpatik hissə – lat. pars sympatica və parasimpatik hissə – lat. pars parasympatica. Digər bir təsnifata əsasən sinir sistemi iki şöbəyə bölünür: mərkəzi sinir sistemi – lat. systema nervosum centrale və ucqar ya periferik sinir sistemi – lat. gysema nevrosum periphericum.

Sinir sisteminin somatik və vegetativ sinir sistemlərinə bölünməsi, yuxarıda qeyd olunduğu kimi şərtidir; bu bölünmənin şərti olması bir tərəfdən vegetativ sinir sisteminin somatik üzvlərlə (yəni sklet əzələləri ilə) müəyyən nisbətdə olması ilə (onları innervasiya etməsi ilə), digər tərəfdən animal və vegetativ sinir sistemi elementlərinin eyni zamanda sinir sisteminin mərkəzi və ücqar şöbələrdə yerləşməsi ilə izah olunur.

Bu simptomla bağlı Aktor.Az-ın suallarına tanınmış psixonevroloq Fəxriyyə xanım Məmmədova aydınlıq gətirir:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542