Kriminal

Bakıda ölümlə nəticələnən avtobus qəzası

Bakıda ölümlə nəticələnən avtobus qəzası baş verib.Ölkə.az xəbər verir ki, hadisə Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 15-in qarşısında qeydə alınıb.
Belə ki, gündüz saat 13 radələrində 1968-ci il təvəllüdlü Şuriyyə Həsən oğlu Həsənovun idarə etdiyi 62 saylı xətt avtobusu 2015-ci il təvəlldülü Aygün Kənan qızı Binnətovanı vurub.
Körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Xətai RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub.