Xəbər xətti

Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Aktor.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.