Kriminal

Bakıda silahlı basqın

Bakıda evə basqın edilib.Hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Bakı şəhər sakini Rüstəmbəyov Bəkir Mustafa oğlu tanışı Çingiz Oveys oğlu Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Ç.Qaçayın və evdə xadimə işləyən Hüseynova Mətanət Ağayar qızının təpə nayihəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.