DiasporGündəm

Diaspor Gənclərinin 1-ci Yay düşərgəsi başlayır

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə təşkilatşılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” münasibətilə “Diaspor gənclərinin 1-ci Yay düşərgəsi” keçirilir. Düşərgədə iştirak edəcək gənclərin seçimi artıq yekunlaşıb.Bu barədə Komitədən Aktor.Az-a verilən məlumatda deyilir.

 

Qeyd edilir ki, seçimin nəticələri ilə bağlı iştirakçılara məlumat verilib. Düşərgədə iştirak etmək üçün 50-yə yaxın ölkədən yüzlərlə müraciət daxil olmuşdu. Düşərgəyə gəlmək hüququ qazanan gənclərimizlə yenidən əlaqə saxlanılacaq və onlara əlavə məlumatlar veriləcək. “Diaspor gənclərinin 1-ci Yay düşərgəsi”ndə iştirak edə bilməyən gənclərimizə uğurlar arzu edirik və növbəti tədbirlərdə görüşəcəyimizə ümid edirik. İstər düşərgə ilə bağlı, istərsə də diaspor fəaliyyətilə əlaqədar istənilən məlumatı Komitənin rəsmi saytından və sosial şəbəkələrdəki hesablardan əldə etmək olar.