FotoGənclər fonduGündəmManşetSiyasət

Gənclər Fondunun icraçı direktoru əsgər və zabitlərlə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin vətənpərvər ruhda, dövlətimizə və milli – mənəvi dəyərlərinə bağlı vətəndaş kimi formalaşması istiqamətində fəaliyyətinin davamı olaraq, Milli Ordunun yaranmasının 100 illiyi münasibəti ilə iyulun 26-da Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.

Fonddan Aktor.Az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstəsi düzərək, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycanda ordu quruculuğu tarixindən, xüsusilə də Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.

Çıxışlardan sonra hərbi xidmətdə göstərdikləri şücaətə görə bir qrup əsgər və zabit fəxri fərmanlarla və hədiyyələrlə təltif edilmişdilər. Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının iştirakı ilə konsert proqramı təşkil olunmuş və əsgərlərlə maraqlı interaktiv müsabiqələr keçirilmişdir.

Nahar fasiləsi zamanı qonaqlar əsgərlərlə birlikdə əsgər yeməkxanasında nahar etmiş və 2016-cı ilin aprel ayında erməni işğaldan azad edilmiş ərazilərə səfər edilərək, təmas xəttində xidmət edən əsgər və zabitlərlə görüş keçirilmişdir.