GündəmİqtisadiyyatManşet

Sərnişin qatarlarında gediş haqqı artırılır

İyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq.