İdman

AFFA-dan I Divizionla bağlı QƏRAR

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra 2018/2019-cu il mövsümündə I Divizionda oyunların Premyer Liqa klublarının əvəzedici komandaları və ötən mövsüm I Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilməsi barədə qərar qəbul olunub.

Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunacaq:
– 4 futbolçu – yaş limiti olmadan;
– 6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü;
– 1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü;
– Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər.

Bundan başqa, futbol veteranları Nüvər Xasıyev və Səfər Rəhimova AFFA-nın təqaüdü veriləcək.