GündəmİdmanManşet

Tayson Bakıya gələcək

“Godzilla” promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib.Trend-in məlumatına görə, Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.

Medianın suallarına cavab verən “Godzilla” promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəriylə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: “Onun Braziliyada Ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə “Belator” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var”.

Emil Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksçu WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson iki günlük səfərlə Azərbaycana gələcək.