Bakıda maşın piyadanı vurdu
Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 22-nə keçən gecə Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Abbasov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.