DiasporFotoGündəmManşetSiyasətXəbər xətti

Azərbaycanlı məmurdan nümunəvi addım – FOTO

Bəzən elə düşünürlər ki, ölkəmizdə məmurla xalq arasında uçurumlar var. Amma elə müsbət nümunələr ortaya çıxır ki, bu fikirlər alt-üst olur.

Aktor.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovun təyyarədə sadə insanlarla eyni yerdə uçması və gənclərimizdən birinin bunu sosial şəbəkədə payalaşaraq ictimailəşdirməsi müsbət haldı. Komitə sədrinin sadəliyi və cəmiyyətin alışmadığı bu kimi addımları vətəndaş-məmur müstəvisində olduqca maraqlı və uğurlu bir hal kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Fuad Muradov 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.Qısa müddət ərzində bir neçə ölkəyə rəsmi səfər edib, soydaşlarımız, diaspor təşkilatlarının fəalları ilə səmərəli görüşlər keçirib.Komitədən verilən məlumata görə, komitə sədrinin Avropa ölkələrində mühüm tədbirləri planlaşdırılıb.