Bakıda avtobus piyadanı öldürdü
Bakıda avtobus piyadanı vuraraq öldürüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 21-də saat 19.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.