GündəmKriminal

Qubada traktor aşdı:ölən var

Quba rayonunun Qımılqazma kəndində “Belarus” markalı traktor aşıb.

FHN-dən Aktor.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​