“İlin ən fəal diaspor sədri” sorğusunun qalibləri müəyyənləşdi – SİYAHI
Azərbaycan Diasporu İnformasiya Mərkəzi və Azərbaycanın ilk ixtisaslaşdırılmış diaspor saytı olan “Diaspor.az” xəbər saytının təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunun qalibləri müəyyənləşib.
Aktor.Az bu barədə Azərbaycan Diasporu İnformasiya Mərkəzinin yaydığı açıqlamada deyilir.
Məlumatda bildirilir ki, 2018-ci il iyunun 1-dən 30-a qədər davam edən “İlin ən fəal diaspor sədri” sorğusunda qalib olan diaspor nümayəndələrinin adları müəyyənləşib. Eyni zamanda, sorğuda ümumilikdə 50 min 986 səs toplanıldığı bildirilir.
Qaliblər iki kateqoriya üzrə müəyyənləşib.
Belə ki, MDB kateqoriyası üzrə “İlin ən fəal diaspor sədri” sorğusunun qalibi Ulyanovskidə Azərbaycan diasporunun sədri İslam Hüseynov və Avropa kateqoriyası üzrə isə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib.
Həmçinin, dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, diaspor sahəsində tanınmış fəalları və diaspor liderlərini həmvətənlərimiz arasında təbliğ etmək üçün Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən ilk dəfə olaraq “Onur” mükafatı təsis edilib.
“Onur” mükafatı aşağıdakı ilk sahiblərinə təqdim olunacaq:
1) Sabir Rüstəmxanlı – Dünya Azərbaycanlıları Konqresinin həmsədri
2) Mübariz Mənsimov – “Palmali” Şirkətlər Qrupunun prezidenti
3) Şahin Şıxlınski – Yekaterinburqda Azərbaycan diasporunun sədri
4) İlhan Aşkın – Niderland Azərbaycan -Türk Mədəniyyəti Dərnəyinin rəhbəri
5) Səfər Qaraqoyunlu – Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyinin rəhbəri
Mükafatlandırılma mərasimində xaricdə Azərbaycanı layiqincə təmsil edən bir neçə diaspor sədrlərinə də “Fəal diaspor sədri” mükafatı təqdim olunacaq. Həmin diaspor nümayəndələri aşağıdakılardır:
1) Elmar Məmmədov – Azərbaycan Ukrayna Alyansının Sədri
2) Çingiz İsayev – Perimdə Azərbaycan diasporunun sədri
3) Araz Mürsəliyev – Rusiyada “Xalqlar dostluğu” Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini
4) Uğur Əfəndiyev – Solikamskidə Azərbaycan diasporunun sədri
5) Orxan Həsənoğlu – Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri
6) Şamil Tağıyev – Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru
7) Mirvari Fətəliyeva – “Paris Azərbaycan Evi”nin rəhbəri
9) Cəvahir Əhmədova – Türkiyədə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin sədri
9) Arzu Oktay – Finlandiya – Azərbaycan Assosiasiyasının sədri
10) Nail Əhməd – Polşada Azərbaycanlı Gənclər Şurasının sədri
Qeyd edək ki, mükafatlandırma mərasimi geniş tərkibdə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Eyni zamanda, mərasim zamanı diaspor sahəsini yaxından işqılandıran bir neçə KİV və media nümayəndələrinə “Təşəkkür” plaketləri təqdim olunacaq.
Məlumat üçün bildirək ki, mükafatlandırılma mərasimində dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfrliklərinin nümayəndələri, QHT sədrləri, media kapitanları iştirak edəcəklər.