AvtoGündəmKriminalManşet

Kürdəmirdə ağır yol qəzası: ölənlər və yaralı var

Bakı. Samir Əli – Trend:

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əmirov Səyid Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı 90 XT 654 dövlət nömrə nişanlı avtomili idarə edərkən idarəetməni itirib və həmin yolda hərəkətdə olan 1991-ci il təvəllüdlü Rüstəmov Müstafa Fuad oğlunun idarə etdiyi “VAZ 21 09” markalı 10 CD 189 dövlət nömrə nişanlı avtomobilin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “VAZ 21 09” markalı avtomobil yoldan çıxaraq yolun kənarındakı su arxına aşıb.

Nəticədə “VAZ 21 09” markalı avtomobilin sürücüsü və sərnişin, 2005-ci il təvəllüdlü Məmmədov Aqşin Seymur oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin, 1998-ci il təvəllüdlü Abdullayeva Təhminə Elbrus qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.