Media

APA TV-nin rəhbəri dəyişdi

APA TV-nin rəhbərliyində dəyişiklik olub.Bu barədə “APA Holding” MMC Direktorlar Şurasının bu gün keçirilən iclasında məlumat verilib. İclasda TV-nin direktoru Vüqar Hüseynovun işdən ayrılması ilə bağlı ərizəsinə baxılıb, onun APA TV-nin direktoru vəzifəsindən azad olunması və Direktorlar Şurasının üzvlüyündən çıxarılması təsdiqlənib.
Sözügedən vəzifəyə TV-nin xəbər müdiri Cavid İsmayılın namizədliyi irəli sürülüb.
Direktorlar Şurasının üzvləri C. İsmayılın APA TV-in direktoru təyin olunmasının lehinə səs veriblər.
Bundan başqa, C. İsmayılın Direktorlar Şurasının üzvlüyünə qəbul edilməsi məsələsinə də baxılıb.
O, Direktorlar Şurasının üzvlüyünə qəbul edilib.