DünyaGündəmİdmanManşet

Messi Mundialla vidalaşdı

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində ilk 1/8 final oyunu keçirilib.

Aktor.Az xəbər verir ki, “Kazan Arena” stadionunda Fransa və Argentina aralarında keçirilən oyunda 7 qol vurulub. Fransa yığmasının 4 qoluna argentinalılar 3 qolla cavab  veriblər.

Beləliklə, Fransa komandası turnirin 1/4 finalına yüksəlib. Onun rəqibi bu gün saat 22:00-da baş tutacaq Uruqvay və Portuqaliya yığmalarının oyununda qalib gələcək komanda olacaq.