“Survivor”da 24 yaşlı gənci öldürdülər – FOTO + VİDEO
Acun Ilıcalının “Survivor” yarışmasında operatorluq edən 24 yaşlı Alper Baycın Dominikdə öldürülüb.Oxu.Az xəbər verir ki, gəncin telefonunu oğurlamağa çalışan bir qrup şəxs tərəfindən öldürüldüyü ortaya çıxıb.
Acun Ilıcalı məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, Alperin yaxınlarına və ailəsinə başsağlığı verib.
Ölüm hadisəsindən sonra dünənki veriliş efirə getməyib.