Türk Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib
Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib.Bu barədə Aktor.Az-a Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir.
Tohan Hazinadar Federasiyanın məqsədlərinə layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür edib.
O da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü seçilib. Zöhrə Şərifi Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib.