GündəmİqtisadiyyatManşet

Regional davamlılıq indeksi hazırlanıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Avropa və “Şərq Tərəfdaşlığı” ölkələrindən olan 13 digər təşkilatla birlikdə Rusiyanın içtimai fikirə təsir imkanları mövzusunda tədqiqat aparıb.

Aktor.Az xəbər verir ki, tədqiqat çərçivəsində 14 ölkədə mövcud vəziyyətin ümumi qiymətləndirilməsi aparılıb, media landşaftı, medianın hüquqi tənzimlənməsi, institusional tərkibi və media savadlılığının mövcud durumunu təhlil edib. Araşdırma nəticəsi olaraq Dezinformasiya Davamlılığı İndeksi də hazırlanıb. İndeks dezinformasiyaya məruz qalma və bu tipli fəaliyyətə qarşı milli səviyyədə olan mövcud dözümlülüyün kəmiyyət qiymətləndirilməsidir.

Layihənin məqsədlərindən biri də dezinformasiyaya qarşı dözümlü olan aktorları müəyyən etmək və digər aktorlarda olan çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verməkdir.

Layihə çərçivəsində hazırlanmış tədqiqata aşağıdakı keçidə keçməklə baxa bilərsiniz:

http://prismua.org/wp-content/uploads/2018/06/DRI_CEE_2018.pdf