FotoManşetMədəniyyət

Qədim tikmə sənəti ilə bağlı layihə həyata keçirilib – FOTO

“Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi Azərbaycanın qədim bölgələrindən olan Qax rayonunda “Qadınlar arasında milli mədəniyyətimizin dəyərlərindən olan qədim tikmə sənət nümunələrinin təbliğ və təşfiq etməklə öyrənilməsi, yaşadılması sahəsində fəaliyyətlərin artırılması” adlı layihəsini həyata keçirib.

 

 

Təşkilatdan Aktor.Az-a verilən məlumata görə,Qax rayonundakı Çəfər Çabbarlı adına Mərkəzi Kitabxanada reallaşan layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutb.

 

 

Layihə çərçivəsində zərif tikmə sənətinə maraq göstərən gənc qızlar,xanımlar 3 günlük ustad dərslərində bu sənətin sirrlərinə yiyələniblər.Əmək məşğələlərində peşəkar təlimçilər tərəfindən iştirakçılara “Qurama” tikmə, “Saya naxışlı bədii tikmə” və “Təkəlduz” “Quş gözü” texnikasında tikmə növləri öyrədilib.Sənətsevər xanımların hazırladıqları əl işləri dəvət olunmuş qonaqlara,yerli əhaliyə nümayiş etdirilib.layihənin sonunda xanımlara diplomlar təqdim edilib. layihənin həyata keçirilməsində əsas məqsəd xalqın qədim milli-mənəvi dəyərlərindən olan tikmə sənətinin müasir həyat tərzinə tətbiq etməklə təbliğ etmək, yaşatmaq,bu sənətin ənənələrinə nyiyələnən yeni nəsl yetişdirmək,qadınların, gənclərin özünəməşğulluğunu artırmaq və bununla da bölgələrdə işsizliyinin aradan qaldırılması sahəsində dövlətimizin apardığı siyasətə dəstək verməkdir.

 

 

Qeyd edək ki, “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi 16 iyul 2016 – cı ildə yaradılmış və 21 oktyabr 2016 – cı ildə Dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas məqsədi milli mədəniyyətimizin və milli dəyərlərimizin təbliğinə kömək etməklə, yaşatmaqdan ibarətdir. “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi öz fəaliyyətini, QHT-lər, Mədəniyyət və Turizm Nazirliyi və müxtəlif istiqamətlərdə çalışan VC üzvlərini özünə əsas tərəfdaşlar seçəkərək onlarla əməkdaşlıq etmək istiqamətində qurmuşdur.Müasir cəmiyyətdə bu sənət növlərinin təşviq və təbliğ edilməsi insanların Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə marağını artıracaq, xalqın qədim mili-mənəvi dəyərləri müasirliklə bağlanaraq inkişaf etdirilərək yaşadılacaqdır