Bolnisidə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub
Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iyunun 15-də də görüşləri davam edib.
Komitədən Aktor.Az-a verilən məlumata görə, Azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda sakinlərlə görüşən komitə sədri Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini 15 iyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib,
Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Sonra Fuad Muradov Heydər Əliyev Fondunun hədiyyəsi olan yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobilini Bolnisi rayon rəhbərliyinə təqdim edib.
Sonra F.Muradov rayonda yaşayan soydaşlarımızın qayğıları ilə maraqlanıb.
İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edib.