Diaspor

Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu AXC-nin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay düşərgəsi təşkil edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumata görə, 15-20 avqust 2018-ci il tarixdə təşkil ediləcək düşərgənin məqsədi dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.

Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi yerlərinə və mədəniyyət ocaqlarına səfərlər, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar nəzərdə tutulub. Yay düşərgəsi ödənişsizdir. Düşərgədə iştirak etmək istəyənlər http://www.diaspora.gov.az/qeydiyyat/ linki vasitəsi ilə məlumatı əldə edə və qeydiyyatdan keçə bilərlə