Xəbər xətti

“Quli” toyda cazibadar xanımla belə rəqs etdi – VİDEO

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifov İstanbulda 36 yaşlı “qanuni oğru” Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimində iştirakı ilə bağlı xəbər vermişdik.

Aktor.Az xəbər verir ki, bir qədər öncə sosial şəbəkədə onun həmin toyda cazibadar bir xanımla rəqs etdiyi görüntüləri paylaşılıb.

Qeyd edək ki,  toyda keçmiş post-sovet ölkələrindən çıxmış əksər oğrular iştirak edib.

Məlumata görə, Roland, Mzarela, Qoça, Nukri, Kuşner, Çoban kimi oğrularların ən əziz qonağı isə Lotu Quli olub. Elə sağlıqların əksəriyyəti də Qullinin ünvanına səslənib.