Komitə sədri Gürcüstana ilk rəsmi səfərə gedəcək
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 12-də Gürcüstana rəsmi səfəri başlayır.
Qurumdan Aktor.Az-a verilən məlumatda bildirilir ki, səfər çərçivəsində Komitə sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlıb.
Səfər iyunun 17-nə qədər davam edəcək