“Torpaqlarımız bu cür azad ediləcək” – Deputat Cünnüt əməliyyatına toxundu
Millət vəkili Azay Quliyev Tvitter hesabında 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən azad edilməsinə münasibət bildirib.
Aktor.Az onun fikirlərini təqdim edir:
“Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi Lələ təpədən başlanan təmizləmə əməliyyatının uğurlu davamıdır. Düşmən bilməlidir ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman Əsgərinin iradəsi ilə işğal altında olan torpaqlar bu cür azad ediləcək. Seçim Ermənistanındır…”