FotoSosial

Əflatun Amaşov seçiciləri ilə görüşdü – FOTOLAR

Millət vəkili Əflatun Amaşov iyunun 5-də Saatlıda seçicilərinin bir qrupunu qəbul edib.Aktor.Az xəbər verir ki, parlament üzvü onların problemləri ilə maraqlanıb:

“İyunun 5-də Saatlıda seçicilərin bir qrupunu qəbul etdim. Onların problemləri ilə maraqlandım. Bəzi çətinliklərin yerindəcə həlli çox xoş oldu. Təbii ki, həllini gözləyən problemlər də var. Düşünürəm ki, onların da aradan qaldırılması müvafiq qurumlarla danışıqlardan sonra mümkün olacaq”.

Xatırladaq ki, millət vəkili bu cür görüşləri mütəmadi keçirir.